AZ

Raul Məmmədov “Səbail”də! – ARENA.AZ

“Turan Tovuz”un və Azərbaycanın U-21 millisinin üzvü Raul Məmmədov bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Səbail” PFK dövrələrarası fasilədə növbəti futbolçunu heyətinə qatıb. “Turan Tovuz”un gənc futbolçusu Raul Məmmədov mövsümün sonuna qədər “Səbail”də çıxış edəcək. “Dənizçilər” 21 yaşlı futbolçunu yarım mövsümlük icarəyə götürüblər.

Raul “Turan Tovuz”un yetirməsidir. O, daha öncə “Mingəçevir”də və “Kəpəz”də də çıxış edib. 2025-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət almağa başlamış mərkəz müdafiəçisi meydanda çıxdığı 8 oyunda 1 qol vurub.

“Səbail” bu qış fasiləsində Qurban Səfərov, Roman Hüseynov və Ruslan Voronsovu da heyətinə qatmışdı. Paytaxt klubu öz futbolçusu Emin Rüstəmovu da “Karvan”a icarəyə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
7
arena.az

10Mənbələr