AZ

Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı: Ölən və yaralananlar var

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-nya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış.

Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
123
2
ucnoqta.az

10Mənbələr