AZ

Avropanın "Oreşnik"in analoquna ehtiyacı var - Makron

Fransa və bütövlükdə Avropa Rusiyanın hipersəs raket sistemi olan "Oreşnik"ə bənzər bir raket sistemi yaratmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yanvarın 15-də İstres Hərbi Hava Bazasında hərbçilər qarşısında çıxış edərkən bildirib.

Makron vurğulayıb ki, Fransa "Oreşnik" raketinin təsir dairəsindədir:

"Biz qısa müddətdə analoji silahlar əldə etməliyik".

Makron qeyd edib ki, Fransa 2027-ci ildə hərbi büdcəsini 64 milyard avroya çatdırmağı planlaşdırır. Fransa Prezidenti həmçinin Avropa hava hücumundan müdafiə sisteminin Amerika "Patriot"undan daha təsirli olduğunu vurğulayıb./Teleqraf

Seçilən
49
2
bakivaxti.az

10Mənbələr