Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı olması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Makron bildirib ki, bu halı ilin əvvəlindəki “pələng gözü”nə istəmədən edilmiş bir istinad kimi qəbul etmək olar və bunun qətiyyət əlaməti olduğunu vurğulayıb. O, eyni zamanda gözünün sağlam olduğunu qeyd edib.
Fransa liderinin çıxışından sonra sosial şəbəkələrdə istifadəçilər zarafatla onun həyat yoldaşı ilə yenidən mübahisə etdiyini və məişət zorakılığına məruz qaldığını irəli sürüblər.