AZ

Makron yenə döyülüb? – Prezidentin qanlı gözü söz-söhbətə səbəb oldu

Makron yenidən məişət zorakılığının qurbanı olub. Fransa prezidenti gözləri qan içində ictimaiyyət qarşısına çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makronun ictimaiyyət qarşısına qan sağılmış gözlə çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun növbəti dəfə məişət zorakılığının qurbanı olduğunu iddia edirlər.

İnternetdə prezidentin bu xəsarəti necə alması ilə bağlı qızğın mübahisələr gedir. Bir çoxları ehtimal edir ki, bu, yenidən birinci xanım Bricit Makronun əməlidir.

Yelisey sarayı isə məsələyə münasibət bildirərək, bunun “sadəcə partlamış damar” olduğunu bəyan edib.

Qeyd edək ki, Makronun daha əvvəl də xanımı tərəfindən fiziki təzyiqə məruz qaldığı iddia edilmişdi – keçmişdə şillə anının görüntüləri yayılmış və mediada geniş müzakirə olunmuşdu.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
2
interpress.az

10Mənbələr