AZ

“Tramp yolu” üçün 140 milyon dollar ayrılıb

“TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistanın gömrük və sərhəd məsələlərində suveren funksiyaları müzakirə mövzusu deyil”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 15 yanvarda jurnalistlərlə söhbətində bildirib.

O, xatırladıb ki, ABŞ hazırlıq işləri üçün 140 milyon dollar ayırıb.

Paşinyan bildirib ki, əlavə işlər dizaynla bağlıdır, lakin investisiyanın əhəmiyyətli olacağı aydındır.

"Hələlik heç kim bu investisiyanın nə qədər olacağını dəqiq deyə bilməz", - Paşinyan qeyd edib.

"Ermənistanın əvvəllər əldə edə bilmədiyi texnologiyalara çıxış əldə edəcəyik və ümid edirəm ki, onlar TRIPP layihəsi çərçivəsində tətbiq olunacaq", - Paşinyan əlavə edib.

Seçilən
20
10
modern.az

10Mənbələr