BAKI, 15 yanvar. TELEQRAF
“TRIPP və ya “Tramp Marşrutu” layihəsi çərçivəsində gömrük və sərhəd sahələrində Ermənistanın suveren funksiyaları müzakirəyə açıq deyil”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir bu sahələrdə nəzarərin Ermənistanda olacağını vurğulayıb.
O qeyd edib ki, qərarı qəbul edəcək qurum “front-ofis” yox, Ermənistanın dövlət orqanları (“bek-ofis”) olacaq.
“Bu çərçivədə əvvəllər heç vaxt sahib olmadığımız texnologiyalara çıxış əldə edəcəyik. Ümid edirəm ki, bunlar TRIPP layihəsi çərçivəsində tətbiq olunacaq”, - Nikol Paşinyan əlavə edib.