ABŞ TRIPP layihəsinin hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayırıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda mənim bildiyimə görə, layihənin hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayrılıb”, — Paşinyan deyib.
Konkret investisiyalara gəldikdə, Baş nazir bunun layihələndirmə və qiymətləndirmə hesablamaları ilə bağlı olduğunu qeyd edib. O, hələlik dəqiq rəqəm deməyin mümkün olmadığını, lakin investisiyaların əhəmiyyətli olacağını vurğulayıb.
APA
Tarix: 15 Yanvar 2026, 14:01