Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
"Bu gün Bakıdan Türkiyəyə uçuşu nəzərdə tutulan Türk Hava Yollarının reysləri ləğv olunub".Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Hava limanlarının kommunikasiya şöbəsinin rəhbəri Nərmin Xəlilova deyib."TK332 (gəliş - 12:30) və TK333 (gediş - 13:30) nömrəli reyslər həyata keçirilməyib. Sərnişinlərə reyslə bağlı əlavə məlumat üçün aviaşirkətə müraciət etmələri tövsiyə olunur", - deyə N.Xəlilova bildirib."Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən də Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətin həyata keçirdiyi uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.Qeyd edək ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Türk Hava Yolları İstanbul hava limanından yanvarın 12-də qalxan və enən 54 uçuşu ləğv edib.
Oxunub 12
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.