AZ

Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI

“Bu gün Bakıdan Türkiyəyə uçuşu nəzərdə tutulan Türk Hava Yollarının reysləri ləğv olunub”.

Bunu açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

Türkiyə

“TK332 (gəliş – 12:30) və TK333 (gediş – 13:30) nömrəli reyslər həyata keçirilməyib. Sərnişinlərə reyslə bağlı əlavə məlumat üçün aviaşirkətə müraciət etmələri tövsiyə olunur”, – deyə N.Xəlilova bildirib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat Xidmətindən də Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətin həyata keçirdiyi uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.

Qeyd edək ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Türk Hava Yolları İstanbul hava limanından yanvarın 12-də qalxan və enən 54 uçuşu ləğv edib.

Seçilən
32
2
editor.az

3Mənbələr