"Bu gün Bakıdan Türkiyəyə uçuşu nəzərdə tutulan Türk Hava Yollarının reysləri ləğv olunub".
Hafta.az xəbər verir ki, bunu açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
"TK332 (gəliş - 12:30) və TK333 (gediş - 13:30) nömrəli reyslər həyata keçirilməyib. Sərnişinlərə reyslə bağlı əlavə məlumat üçün aviaşirkətə müraciət etmələri tövsiyə olunur", - deyə N.Xəlilova bildirib.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən şirkətin həyata keçirdiyi uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.
Qeyd edək ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Türk Hava Yolları İstanbul hava limanından yanvarın 12-də qalxan və enən 54 uçuşu ləğv edib.