Ajans.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb. 2025-ci ilin dekabr ayında Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) alimlərinin təxminən 40 ildir izlədiyi A23a aysberqinin orijinal sahəsinin 67%-ni itirdiyi açıqlandı. Agentlik əlavə edir ki, aysberq hazırda Cənubi Amerikanın cənub-şərqində, Cənubi Atlantik okeanında hərəkət edir.
A23a aysberqi 1986-cı ildə "Filchner" buz şelfindən çıxıb. Yarandığı zaman 4170 kvadrat kilometr ərazini əhatə edirdi. 30 ildən çoxdur ki, mərkəzi Ueddell dənizində quruda qalıb. 2023-cü ilin noyabr ayının ortalarında "oyanıb" yenidən hərəkət etməyə başlayıb. 2024-cü ilin yazında gözlənilmədən Antarktida yarımadasının sahili boyunca Şotlandiya dənizinə doğru üzməyə başlayıb.