AZ

Dünyanın ən böyük aysberqi bir neçə günə parçalanacaq

Sahəsi tədricən kiçildiyinə görə planetin ən böyük aysberqi statusunu itirən A23a aysberqi günlər və ya həftələr ərzində parçalana bilər.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb.

2025-ci ilin dekabr ayında Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) alimlərinin təxminən 40 ildir izlədiyi A23a aysberqinin orijinal sahəsinin 67%-ni itirdiyi açıqlandı.

Agentlik əlavə edir ki, aysberq hazırda Cənubi Amerikanın cənub-şərqində, Cənubi Atlantik okeanında hərəkət edir.

A23a aysberqi 1986-cı ildə "Filchner" buz şelfindən çıxıb. Yarandığı zaman 4170 kvadrat kilometr ərazini əhatə edirdi. 30 ildən çoxdur ki, mərkəzi Ueddell dənizində quruda qalıb. 2023-cü ilin noyabr ayının ortalarında "oyanıb" yenidən hərəkət etməyə başlayıb. 2024-cü ilin yazında gözlənilmədən Antarktida yarımadasının sahili boyunca Şotlandiya dənizinə doğru üzməyə başlayıb./Publika.az

Seçilən
20
4
bakivaxti.az

9Mənbələr