İngiltərənin “Sanderlend” klubunun sağ cinah müdafiəçisi Timote Pembele Premyer Liqa təmsilçisindən ayrılaraq “Havr”a keçib.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi 23 yaşlı fransalı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Havr” Pembeleni 2024/2025-ci illər mövsümündə də icarəyə götürmüşdü. Həmin vaxt müdafiəçi bu komandanın heyətində 21 matçda iştirak etmiş, 1 qol vurmuşdu.
PSJ-nin yetirməsi olan, bir müddət “Bordo”da icarədə də oynamış Pembele “Sanderlend”ə 2023-cü ilin sentyabrında 1 milyon avro müqabilində keçib. Lakin İngiltərə klubunda möhkəmlənə bilməyən futbolçu burada cəmi 8 matça çıxıb və fərqlənə bilməyib.
Timote Pembele Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb. O, 2021-ci ildə debüt etdiyi əsas millinin heyətində də 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
