Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/4 mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
İlk oyun Əlcəzair və Nigeriya yığmaları arasında keçirilib. Nigeriya millisi inamlı qələbə sayəsində yarımfinala yüksəlib.
Son olaraq Misir və Kot-d’İvuar milli komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun misirlilərin çətin qələbəsiylə yekunlaşıb.
Beləliklə, qitə birinciliyinin yarımfinalında Nigeriya yığması meydan sahibi olan Mərakeş millisi ilə üz-üzə gələcək. Misir yığması isə Seneqalla qarşılaşacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
9 yanvar
Mali – Seneqal 0:1
Qol: Ndiaye, 27.
Kamerun – Mərakeş 0:2
Qollar: B.Dias, 26. Saibari, 74.
10 yanvar
Əlcəzair – Nigeriya 0:2
Qollar: Osimhen, 47. A.Adams, 57.
Misir – Kot-d’İvuar 3:2
Qollar: Marmuş, 4. Rabia, 32. Salah, 52 – Fatuh, 40-öz qapısına. Due, 73.
