AZ

Gədəbəydə ağır QƏZA - Ölən və yaralanan var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
8
manset.az

10Mənbələr