ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.
Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.
Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.