Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobil toqquşub.
Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.
Daha bir nəfər – 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.