AZ

Sumqayıtda dənizkənarı obyektlərdə “dəvə qutabı” ilə bağlı reydlər aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhərinin Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.

“Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq həmin qutabların verilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu aydınlaşıb.

Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.

Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin olunması, eyni zamanda, istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək.

Ətraflı videolinkdən məlumat almaq olar.

Seçilən
57
19
yeniazerbaycan.com

10Mənbələr