Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reydlər aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı "Dostluq" restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.
"Santo Mare", "Duyğu", "Şərur", "Regnum" və "Oregano" restoranlarının menyularından dəvə qutabının çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. "Antalya" restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu üzə çıxıb.
"Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.