Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb.
"Cebheinfo.az" xəbər verir ki, Agentlikdən verilən məlumata görə, yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.
“Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub.
"Cebheinfo.az"