AZ

ABŞ-da kilsədə atışma baş verib

Naməlum silahlı şəxs Yuta ştatının Solt Leyk Siti şəhərindəki kilsənin qarşısında dəfn mərasimi zamanı atəş açıb, nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb.

Şəhər polisi bu barədə məlumat yayıb.

Agentliyin Facebook səhifəsində dərc olunmuş açıqlamasında deyilir: "Biz atışma yerindəyik. İki nəfər həlak olub, ən azı altı nəfər yaralanıb, onlardan ən azı üçü ağır vəziyyətdədir".

Cinayətdə şübhəlinin hələlik müəyyən edilmədiyi və hadisə yerində dəlil aşkar edən polis əməkdaşlarının cinayətkarı tutmaq üçün çalışdığı bildirilir. Atışmanın baş verdiyi ərazinin mühasirəyə alındığı vurğulanıb.

Seçilən
98
12
aznews.az

10Mənbələr