AZ

Marneulidə bazarda atışma: Ata ağır yaralıdır, oğlu öldü

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bazarda zinət əşyaları əşyalar mağazasının sahibləri olan ata və oğlu güllələnib.

Xəstəxanaya çatdırılan atanın durumu orta ağırdır, 27 yaşlı oğlu isə ölüb.

Hadisənin motivi məlum deyil.

Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.

 

Seçilən
56
47
heftelik.az

10Mənbələr