AZ

Gips məmulatları və tikinti gipsinin istehsalı artıb

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 133,8 min ton gips məmulatları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 21,2 faiz və ya 23,4 min ton üstələyib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal edilən gips məmulatlarından 128,3 min tonu tikinti gipsinin payına düşüb. 2024-cü ilin 11 ayının göstəricisinə nisbətdə tikinti gipsinin istehsalı 42,2 faiz və ya 38,1 min ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı gips məmulatları üzrə 2,9 min ton, tikinti gipsi üzrə isə 2,3 min ton təşkil edib.

Seçilən
83
1
vergiler.az

10Mənbələr