GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton duru bitki yağları istehsal edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur.
Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,3 % və 5,6 % azdır.
Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.