Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 tonduru bitki yağları istehsal edilib.
Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 2,6 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarinistehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur.
Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədəmüvafiq olaraq 41,3 % və 5,6 % azdır.
Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıqqida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 %çoxdur.