AZ

Keçmiş məmurun şirkəti ləğv prosesini yekunlaşdırır

BAKI, 5 yanvar. TELEQRAF

“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv prosesini yekunlaşdırır.

Teleqraf xəbər verir ki, bununla bağlı, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi daxil edilib.

Xatırladaq ki, “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 min manat olan ASC-nin qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.

Aftandil Hacıyev 2021-ci ilə qədər "AzərSığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədr müavini olub. O, 1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroller, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə, 1989-cu ildən isə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Seçilən
78
16
teleqraf.com

10Mənbələr