“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv prosesi yekunlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ASC-dən bildirilib. Məlumata görə, sığorta şirkətinin öhdəliklərinin icrası tam yekunlaşıb.
Bununla bağlı, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi daxil edilib.
Xatırladaq ki, “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 min manat olan ASC-nin qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.
"Cebheinfo.az"