AZ

1.2 milyon manatlıq “Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq

“Bakı Elektroavtomat” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Elektroavtomat” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Elektroavtomat”ASC-nin Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;

4. “Bakı Elektroavtomat”ASC-nin İcra orqanının formalaşdırılması;

5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

6. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. İclasın keçiriləcəyi tarix 30 yanvar 2026-cı il tarixdə, saat 11:00-dadır. İclasın keçiriləcəyi ünvan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakı Elektroavtomat” ASC-nin inzibati binasıdır.

Xatırladaq ki, “Bakı Elektroavtomat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 1 255 478 manat təşkil edir və qanuni təmsilçisi Mürvət Nəcəfovdur.

Seçilən
46
3
banker.az

10Mənbələr