Abşeron rayonunun Xırdalan qəsəbəsində ağacları kəsib yerinə beton töküblər.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, hadisə Mehdi Hüseynzadə küçəsində baş verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb:
"İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.
Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib, ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan ödənilməsi tətbiq olunub".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)