AZ

Xırdalanda qanunsuz ağac kəsən şəxs cərimələnib

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağaclarınkəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiyavə Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindənaraşdırılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumatyayıb.

İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanıağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırmaişləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyevtərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı V.Fərzəliyevbarəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Məqalədə:
Seçilən
92
6
az.trend.az

10Mənbələr