AZ

Xırdalanda ağaclar kəsilib, tikinti şirkətinə 13 min manatdan çox cərimə tətbiq edilib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağaclar kəsilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman inşaata cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyənləşib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 min 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
10
baku.ws

10Mənbələr