AZ

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.

Aznews.az bu barədə “StatCounter”a istinadən xəbər verir.

Bu dövrdə "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 72,8% təşkil edib. Bu isə ötən ilin noyabr ayı ilə müqayisədə 4,04 faiz bəndi, illik müqayisədə isə 8,9 faiz bəndi çoxdur.

İstifadəçi sayına görə, ikinci yerdə 7,14% payla "X" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 8,8 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 0,18 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 6,57% payla "Youtube" olub. Bu, noyabr ayı ilə müqayisədə 0,37 faiz bəndi az, illik müqayisədə 1,64 faiz bəndi çoxdur.

Dördüncü yerdə 6,19% payla "İnstagram" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,89 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 6,81 faiz bəndi az olub.

Seçilən
109
50
aznews.az

10Mənbələr