AZ

2026-cı ildə Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI

2026-cı ildə Azərbaycanda inflyasiya bir sıra məhsul və xidmətlərin qiymətlərində artıma səbəb olub. Xüsusilə ərzaq, yanacaq, qeyri-qida məhsulları və bəzi ödənişli xidmətlər üzrə bahalaşma müşahidə edilir.

Globalinfo.az xəbər verir ki, ən çox bahalaşma aşağıdakı qida məhsullarında qeydə alınıb:

Qarabaşaq yarması;

Mal ətindən konservlər;

Balıq və balıq məhsulları;

Süd və süd məhsulları;

Yumurta;

Meyvə-tərəvəz;

Qara və yaşıl çay;

Alkoqollu içkilər;

Tütün məmulatları.

Bununla yanaşı, bəzi məhsullarda ucuzlaşma da baş verib. Belə ki, makaron, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, çuğundur və yerkökünün qiymətlərində azalma müşahidə olunub.

Digər ərzaq məhsullarında isə ciddi dəyişiklik qeydə alınmayıb.

Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi 2025-ci ilin noyabr ayında əvvəlki aya nisbətən 100,2 faiz, ilin əvvəlindən isə 102,6 faiz təşkil edib. Bu kateqoriyada əsas bahalaşma şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarında, ucuzlaşma isə məişət cihazlarında qeydə alınıb.

Ödənişli xidmətlər sahəsində də qiymət artımı davam edib. Belə ki, noyabr ayında tibb xidmətləri, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətləri bahalaşıb. Rəsmi statistikaya görə, 2025-ci ilin sonuna inflyasiya 5-6 faiz civarında olub və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyi gözlənilir. Xüsusilə ərzaq məhsullarında qiymət artımı ümumi inflyasiyanı üstələyib.

Eyni zamanda, 2026-cı ilin yanvarından etibarən Tarif (Qiymət) Şurasının qərarı ilə yanacaq qiymətləri də artırılıb: Aİ-92 markalı benzinin qiyməti 1.10 manatdan 1.15 manata, dizel yanacağının qiyməti isə 1.00 manatdan 1.10 manata yüksəlib. Bundan əlavə, siqaret məhsullarının qiymətində də artım qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
99
35
olaylar.az

10Mənbələr