Bakı. Trend:
Ötən ilin dekabr ayında Azərbaycan istifadəçilərinin “İnstagram”sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 10,19 faizbəndi azalaraq, 36,04 faiz təşkil edib.
Trend bubarədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbərverir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabatayında bu platformanın payı aylıq ifadədə 6,79 faiz bəndi artaraq,17,47 faizə çatıb.
Siyahıda üçüncü yerdə 28,63 faizlə “YouTube” gəlir (əvvəlki aylamüqayisədə 2,41 faiz bəndi az).
Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsigəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 3,08 faiz bəndiartaraq, 8,78 faiz təşkil edib.
“X” media platforması 4,01 faizlə Azərbaycanın sosial şəbəkələrbazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində0,45 faiz bəndi az).
Reytinqdə altıncı yeri 3,87 faiz göstərici ilə “Linkedin” tutub(əvəlki ayla müqayisədə 2,73 faiz çox).
Digər sosial şəbəkələrin payı 1,20 faiz təşkil edib.