AZ

Ağır motosiklet qəzası: Qadın sürücü XƏSARƏT ALDI - VİDEO

Ajans.az Türk mediasına istinadən xəbər verir ki, kəsişmədən dönmək üçün zolaq dəyişən motosikletçiyə arxadan sürətlə gələn avtomobil çarpıb. Zərbənin təsirindən motosikletdən yıxılaraq yola fırlanan qadın sürücü yaralanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilən yaralı xəstəxanaya çatdırılıb. Qəza anı motosiklet sürücüsünün dəbilqə kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə sürücünün arxadan sürətlə gələn avtomobili son anda fərq edərək yayınmağa çalışdığı, lakin toqquşmadan xilas ola bilmədiyi anlar əks olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
71
50
Ajans.az

10Mənbələr