AZ

Bakıda təcili yardım avtomobili və motosiklet toqquşdu – Ölən və xəsarət alanlar var

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
71
50
heftelik.az

10Mənbələr