Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib", məlumatda deyilir.
Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
02.16
Qəza nəticəsində motosikleti idarə edən şəxs hadisə yerində həyatını itirib. Ölən şəxs çatdırılma xidmətində çalışıb.
Hadisə zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü də ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"