Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin təkmilləşdirilməsi üçün “yol xəritəsi” hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyanın “yol xəritəsi" 10 üsyankar yepiskop tərəfindən dəstəklənib.
Paşinyan bu "yol xəritəsi”nin Bütün Ermənilərin Katolikosu II Qareginin istefasından sonra həyata keçiriləcəyini düşünür. Üstəlik, hökumət kilsə nizamnaməsinin hazırlanmasına kömək etməyə hazırdır.
Bütün Ermənilərin Katolikosu II Qareginin istefasını tələb edən iyerarxlar baş nazirin iqamətgahına gələrək sənədi bir-bir imzalayıblar.
Sənəddə aşağıdakı məqamlar yer alır:
İslahat proqramının ictimaiyyətə açıqlanması
Kilsənin hazırkı rəhbərinin vəzifədən kənarlaşdırılması
Patriarxal taxt-tacın yerli nümayəndəsinin seçilməsi
Kilsə Nizamnaməsinin qəbul edilməsi
Bütün ermənilərin katolikosunun seçilməsi./Modern.az