Bayram günlərində Naxçıvan Muxtar Respublikasında zəhərlənmə halları qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzindən SİA-nın bölgə müxbirinə bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 3-ü alkoqol mənşəli, 6-sı isə dəm qazından olub.