AZ

Azərbaycan və Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyası bu tarixdə keçiriləcək

Bakı. Trend:

Azərbaycan və Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə BirgəKomissiyanın 4-cü sessiyası 2026-cı ilin mart ayının birinciyarısına planlaşdırılıb.

Bunu Trend-ə Monteneqro hökumətinin sədr müavini vəxarici işlər naziri Ervin İbrahimoviç Bakı səfərinin yekunlarınadair verdiyi özəl müsahibədə bildirib.

İbrahimoviç vurğulayıb ki, ötən il ərzində hər iki ölkədövlətlər arasında dostluğun daha da inkişaf etməsinə töhfə verəcəkkonkret tədbirlərin təşkili üçün lazımı şərait yaradıb.

“Buna görə də biz Monteneqronun müstəqilliyinin bərpasının 20illiyini qeyd edəcəyi 2026-cı ilə nikbinliklə baxırıq. Bu yubileyMonteneqro ilə Azərbaycan arasında əməkdaşlığı daha damöhkəmləndirəcək bir sıra konkret təşəbbüs və tədbirlərin həyatakeçirilməsi üçün imkan yaradacaq. Bu kontekstdə siyasi dialoqun vəyüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı bəyanatlarıalqışlayırıq. Bu səfərlər hazırda hazırlanma mərhələsində olan vəkənd təsərrüfatı, enerji , habelə ikiqat vergitutmanın qarşısınınalınması kimi sahələri əhatə edən əməkdaşlıq sazişlərininimzalanması üçün imkanlar yaradacaq”, – deyə hökumət sədrininmüavini bildirib.

O, 2026-cı ilin mart ayının birinci yarısına planlaşdırılanİqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyasınınkeçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

“Bu sessiya mövcud əməkdaşlığın hərtərəfli təhlili vəenergetika, turizm və investisiyalar, eləcə də təhsil, elm,innovasiyalar və texnologiyalar, dövlət idarəçiliyi vərəqəmsallaşma kimi sahələrdə gələcək tədbirlərinkonkretləşdirilməsi üçün mühüm imkan olacaq”, – deyə İbrahimoviçqeyd edib.

Məqalədə:
Seçilən
91
50
az.trend.az

10Mənbələr