Bakı. Trend:
Monteneqro Azərbaycanla qaz sahəsində, həmçinin “yaşıl” enerjisektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Bunu Trend-əverdiyi özəl müsahibədə Monteneqro hökumətinin sədr müavini vəxarici işlər naziri Ervin İbrahimoviç Bakıya son səfərininyekunlarını şərh edərkən bildirib.
“Monteneqro və Azərbaycan ənənəvi olaraq dostluq və tərəfdaşlıqmünasibətlərini qoruyur və mənim Bakıya səfərim bu əlaqələrin dahada möhkəmləndirilməsinə, dövlətlərarası münasibətlərin inkişafınavə davamlı, açıq və konstruktiv siyasi dialoqun davam etdirilməsinəhədəflənmişdi. Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, baş nazirƏli Əsədov və maliyyə naziri Sahil Babayev ilə aparılan məzmunludanışıqlar zamanı ölkələrimiz arasındakı münasibətlərin yüksəksəviyyədə olduğuna, müsbət dinamika və qarşılıqlı maraq doğuransahələrdə əməkdaşlıqla səciyyələndiyinə razılaşdıq”, – deyə obildirib.
İbrahimoviç qeyd edib ki, Bakıda keçirilən görüşlər əməkdaşlığındaha da dərinləşdirilməsi mexanizmlərini müzakirə etmək üçündəyərli imkan yaratdı.
“Xüsusi diqqət iqtisadiyyat, xüsusilə turizm, investisiyalar vəenerji sahələrinə yönəldildi, habelə xarici siyasət sahəsindəqarşılıqlı fəaliyyət formaları müzakirə olundu. Biz həmçinin qlobalproseslər barədə fikir mübadiləsi apardıq və 8 avqust 2025-ci iltarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış,möhkəm sülh, regional sabitlik və rifah yolunda mühüm addım olanBirgə Bəyannaməyə dəstəyimizi ifadə etdik.
Bakıda olarkən mən Monteneqronun xarici siyasət prioritetləribarədə Azərbaycan tərəfdaşlarını məlumatlandırmaq imkanına malikoldum, xüsusilə də ölkəmizin Avrointeqrasiyaya sarsılmazsadiqliyini vurğuladım. Monteneqronun 2026-cı ilin sonuna qədərAvropa İttifaqına üzvlük üzrə danışıqları başa çatdırmaq və 2028-ciildə üzvlüyə hazır olmaq iddialarını təqdim etdim, habelə dekabrayında Brüsseldə Hökumətlərarası Konfransda beş danışıqlar fəslininbağlanması daxil olmaqla son konkret nəticələri qeyd etdim”, – deyəhökumət sədrinin müavini bildirib.
Onun fikrincə, Monteneqronun Azərbaycana rəsmi səfəri olduqcauğurlu keçib, məzmunlu və məhsuldar xarakter daşıyıb və hər ikiölkənin vətəndaşlarının xeyrinə Monteneqro ilə Azərbaycan arasındaəməkdaşlığın davamlı inkişafı üçün təməlin daha damöhkəmləndirilməsinə xidmət edib.
Monteneqronun Azərbaycan qazının idxalınamarağı
“Monteneqro Azərbaycan təbii qazının idxalına açıq maraqgöstərir və bunu enerji təhlükəsizliyinin gücləndirilməsi vətəchizat mənbələrinin şaxələndirilməsi üzrə daha genişstrategiyanın bir hissəsi kimi qiymətləndirir. Biz enerjini inkişafüçün əsas potensial sahələrdən biri kimi görürük və əməkdaşlığıdərinləşdirməyə, xüsusilə qaz və bərpa olunan enerji sahəsindəbilik və təcrübə mübadiləsi aparmağa hazırıq”, – deyə İbrahimoviçbildirib.
O xatırladıb ki, Bakı səfəri çərçivəsində enerji sahəsindəəməkdaşlığın gələcək addımları müzakirə olunub, o cümlədən müxtəlifqarşılıqlı fəaliyyət formalarını nəzərdən keçirmək və AzərbaycanınMonteneqraya qaz tədarükü ilə bağlı potensial imkanları araşdırmaqməqsədilə sektorlararası görüş təşkil etmək imkanı da müzakirəedilib.
“Bu məsələlər iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxıngələcək iclasında əlavə müzakirə olunacaq. Bu kontekstdəIoni-Adriatik qaz kəmərinin (IAP) əhəmiyyətini xüsusilə vurğulamaqvacibdir. Monteneqronun 2030-cu ilədək Enerji İnkişafıStrategiyasında (IAP) ölkənin hazırkı mərhələdə qazlaşdırılmasıüçün ən real variant hesab olunur.
IAP layihəsi Cənub Qaz Dəhlizinin son seqmenti kimi nəzərdətutulub; bu kəmər vasitəsilə “Şah Dəniz” yatağından qazTransadriatik Qaz Kəməri vasitəsilə region ölkələrinə, o cümlədənMonteneqroya çatdırıla bilər. Layihə Avropa İttifaqı vəAvroatlantik tərəfdaşlar tərəfindən güclü dəstək alır, Ümumi MaraqLayihəsi kimi tanınır və Aİ-nin Birgə İnfrastruktur layihələrisiyahısına daxil edilib ki, bu da onu həm siyasi, həm də stratejiprioritet edir. Hazırda Monteneqroda qaz infrastrukturu mövcudolmadığından, bu layihənin həyata keçirilməsi əhəmiyyətli xariciinvestisiya imkanları aça bilər, təbii qazın sabit tədarükünü təminedə, eyni zamanda ətraf mühitin çirklənmə səviyyəsinin azalmasınavə regional əlaqəliliyin güclənməsinə xidmət edə bilər”, – deyəhökumət sədrinin müavini bildirib.
“Yaşıl” enerji və dayanıqlı inkişaf sahəsindətərəfdaşlıq
“Mən Monteneqro ilə Azərbaycan arasında “yaşıl” enerji vədayanıqlı inkişaf sahəsində əməkdaşlığı olduqca perspektivli vəqarşılıqlı tamamlayıcı hesab edirəm, xüsusilə Paris Sazişiçərçivəsindəki öhdəliklərimizi və Monteneqronun Avropa İttifaqınaüzv olmaq üçün namizəd ölkə statusunu nəzərə alsaq. Bizim stratejiistiqamətimiz enerji sektorunun karbonsuzlaşdırılma prinsipləri,“yaşıl” enerjiyə keçid və Avropanın “yaşıl” kursuna uyğun olaraqbərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsiəsasında inkişaf etdirilməsidir”, – deyə İbraimoviç bildirib.
Hökumət sədrinin müavini qeyd edib ki, Monteneqro bərpa olunanenerji mənbələrinə fəal investisiya yatırmağı, enerjisəmərəliliyini artırmağı və regional və Avropa enerji sistemlərinəqoşulmaq üçün infrastrukturun inkişafını planlaşdırır.
“Bu prosesdə həm ənənəvi enerji sahəsində, həm də “yaşıl” enerjihəllərinin getdikcə dinamik inkişaf etdiyi sahədə Azərbaycanıntəcrübəsi və həyata keçirilmiş layihələri əməkdaşlıq üçün böyükpotensial yaradır.
Biz qaz sahəsində əməkdaşlığı da xüsusilə önəmli hesab edirik,bərpa olunan enerji və dayanıqlı enerji layihələrinin inkişafı iləyanaşı, bu layihələr emissiyaların azaldılmasına və uzunmüddətlienerji sabitliyinin təmin edilməsinə xidmət edir. Mən əminəm ki,siyasi dialoqun fəallaşdırılması, bilik mübadiləsi və konkretsazişlərin bağlanması yolu ilə Monteneqro və Azərbaycantərəfdaşlığını daha da dərinləşdirə, həm ikitərəfli, həm dəregional səviyyədə dayanıqlı inkişaf və enerji təhlükəsizliyinəbirgə töhfə verə biləcəklər”, – deyə o açıqlayıb.
Diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi vəqarşıdakı birgə tədbirlər barədə
İbrahimoviç qeyd edib ki, Monteneqro ilə Azərbaycanın diplomatikəlaqələrin qurulmasından bəri tərəflər bu münasibətlərin inkişafıvə yeni əməkdaşlıq formalarının axtarışı üzərində daimi işləyirlər,bununla yanaşı tanınmış ümumi maraqlar və açıqlıq, dostluqprinsipləri əsasında fəaliyyət göstərirlər.
“‘Siyasi dialoq bütün səviyyələrdə qənaətbəxş surətdə aparılır,əməkdaşlığın çoxsaylı istiqamətləri isə bir sıra ikitərəflisazişlər və memorandumları əhatə edən sabit müqavilə vəinstitusional baza üzərində qurulub. Bu kontekstdə Azərbaycanın sonsəfəri mövcud əməkdaşlıq formalarını qiymətləndirmək və əlavəinkişaf potensialı olan istiqamətləri müəyyən etmək imkanı yaratdı.Xüsusilə irəliləyişin əhəmiyyətli addımı kimi iki ölkənin xariciişlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıqMemorandumunun imzalanması qeyd oluna bilər ki, bu da institusionaləməkdaşlığın daha da təkmilləşdirilməsinə və vətəndaşlara təqdimolunan xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verir’”, –hökumət sədrinin müavini bildirib.
O əlavə etdi ki, əməkdaşlığın vacib seqmenti çoxtərəflisəviyyədə xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində,beynəlxalq təşkilatlarda və forumlarda namizədliklərinkoordinasiyası və qarşılıqlı dəstəyi vasitəsilə həyatakeçirilir.
“Mən parlament səviyyəsində qarşılıqlı fəaliyyətinaktivləşdirilməsi, parlamentlərarası dostluq qruplarının fəaliyyətivə yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə, həmçininqarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın daha da inkişafetdirilməsi yolu ilə diplomatik əlaqələrin gücləndirilməsi üçünəlavə potensial görürəm. Xarici işlər nazirlikləri arasındamüntəzəm ikitərəfli siyasi müşavirələr və konsulluq müşavirələridiplomatik əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir, fikirmübadiləsinin davamlı təmin olunmasını, institusional əməkdaşlığıngenişləndirilməsini və hər iki ölkə vətəndaşları üçün əhəmiyyətdaşıyan məsələlərin daha səmərəli həllini təmin edir. Bumexanizmlər açıq dialoqa və qarşılıqlı etimadın dərinləşdirilməsinəümumi sadiqliyimizi təsdiqləyir. Belə kompleks yanaşma sayəsindəMonteneqro və Azərbaycan siyasi, institusional və ikitərəfliəlaqələri dövlətlərimiz və vətəndaşlarımızın xeyrinə bütövlükdədaha da gücləndirə bilərlər” – o əlavə edib.
İbrahimoviç vurğulayıb ki, ötən il ərzində hər iki ölkədövlətlərarası dostluğun daha da inkişafına töhfə verəcək konkrettədbirlərin təşkili üçün zəruri şərait yaradıb.
“Buna görə də biz Monteneqronun müstəqilliyinin bərpasının 20illiyini qeyd edəcəyi 2026-cı ilə nikbinliklə baxırıq. Bu yubileyMonteneqro ilə Azərbaycan arasında əməkdaşlığı daha damöhkəmləndirəcək bir sıra konkret təşəbbüs və tədbirlərin həyatakeçirilməsi üçün imkan yaradacaq. Bu kontekstdə siyasi dialoqun vəyüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı bəyanatlarıalqışlayırıq. Bu səfərlər hazırda hazırlanma mərhələsində olan vəkənd təsərrüfatı, enerji , habelə ikiqat vergitutmanın qarşısınınalınması kimi sahələri əhatə edən əməkdaşlıq sazişlərininimzalanması üçün imkanlar yaradacaq”, – deyə hökumət sədrininmüavini bildirib.
O, 2026-cı ilin mart ayının birinci yarısına planlaşdırılanİqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyasınınkeçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
“Bu sessiya mövcud əməkdaşlığın hərtərəfli təhlili vəenergetika, turizm və investisiyalar, eləcə də təhsil, elm,innovasiyalar və texnologiyalar, dövlət idarəçiliyi vərəqəmsallaşma kimi sahələrdə gələcək tədbirlərinkonkretləşdirilməsi üçün mühüm imkan olacaq”, – deyə İbrahimoviçqeyd edib.
O, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafetdirilməsi, eləcə də iki ölkənin universitetləri və akademikqurumları arasında əlaqələrin möhkəmləndirilməsi üçün potensialgördüyünü bildirib.
“Bu kontekstdə Monteneqro Xarici İşlər Nazirliyinin DiplomatikAkademiyası ilə Azərbaycanın ADA Universiteti arasında artıqimzalanmış əməkdaşlıq sazişini qeyd etmək istərdim. Həmin sənədgənc diplomatların mübadiləsini, birgə konfransların təşkili vəmüəllim mübadiləsini nəzərdə tutur.
Bundan əlavə, hesab edirəm ki, birbaşa hava nəqliyyatıəlaqələrinin inkişafı ölkələrimiz arasında münasibətlərin ümumisəviyyəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Monteneqro vəAzərbaycanın aviaşirkətləri arasında əməkdaşlıq çərçivəsində ilboyumüntəzəm reyslərin yaradılması turizmin, biznes əlaqələrinin vəümumilikdə insanlar arasında təmasların inkişafı üçün güclü birstimul olacaq. Bu tədbir və təşəbbüslərin həyata keçirilməsiikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək vəMonteneqro ilə Azərbaycan arasında uzunmüddətli və məzmunluəməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə hökumət sədrininmüavini əlavə edib.
Qarşılıqlı investisiya imkanları
İbrahimoviç qeyd edib ki, Monteneqro Azərbaycanın regional vəqlobal iqtisadiyyatda strateji mərkəz kimi artan rolunu dərk edirvə bunu alqışlayır.
“Monteneqronun Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiyaForumunda iştirakı Azərbaycanın iqtisadiyyatını şaxələndirməkniyyətini, eləcə də bizim müxtəlif sahələrdə mövcud investisiyaimkanlarından yararlanmağa hazır olduğumuzu nümayiş etdirir. Bizhesab edirik ki, regionda sabitlik, sülh və dayanıqlı inkişaf, ocümlədən Qarabağın bərpası və inkişafı investisiyalar üçünəlverişli mühit yaradır. Gözləyirik ki, Azərbaycan bazarıMonteneqrolu investorların, xüsusən də imkanlarını gücləndirərək vəregional əməkdaşlıq vasitəsilə tələbkar investisiya bazarındaetibarlı iştirakçılara çevrilməyə çalışan investorların diqqətinicəlb edəcək”, – deyə o bildirib.
Baş nazirin müavini hesab edir ki, investisiyalar üçün xüsusiləperspektivli sahələr energetika, infrastruktur, innovasiyalar,“yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişafprinsiplərinə əsaslanan layihələrdir.
O əlavə edib ki, Azərbaycanın investisiya imkanlarınınMonteneqroda əlavə təşviqi işgüzar dairələrin daha yaxşıməlumatlandırılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələrimöhkəmləndirəcək konkret investisiyaların stimullaşdırılmasınaəhəmiyyətli töhfə verə bilər.
“Bu kontekstdə iki ölkənin institutlarını, biznes dairələrini vəinvestorlarını birləşdirən iqtisadi diplomatiya xüsusi əhəmiyyətkəsb edir. Əməkdaşlığın bu aspektləri qarşıdan gələn İqtisadiƏməkdaşlıq üzrə Birgə Komissiyanın sessiyası çərçivəsində əlavəmüzakirə olunacaq”, – deyə İbahrimoviç vurğulayıb.
O qeyd edib ki, energetika sektorunda əməkdaşlığındərinləşdirilməsi ilə yanaşı, Monteneqro Azərbaycan investisiyalarıüçün ölkənin iqtisadi inkişafının əsas sahələrindən biri olanturizmdə də geniş imkanlar görür.
“Monteneqro və Azərbaycan hökumətləri arasında 2011-ci ildəimzalanmış turizm sahəsində əməkdaşlıq haqqında mövcud Sazişgələcək investisiyalar və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsiüçün hüquqi baza yaradır. Xeyli sayda azərbaycanlı turistMonteneqroya səfər edir və gəlişlərin, eləcə də gecələmələrinsayında sabit artım müşahidə olunur ki, bu da Monteneqronun turizmistiqaməti kimi artan nüfuzunu təsdiqləyir. Bakı ilə Podqoritsa vəya Tivat arasında birbaşa reyslər əlçatanlığı daha da asanlaşdırırvə turizm, eləcə də iqtisadi əlaqəliliyi gücləndirir.
“Monteneqroda investisiyaların keyfiyyətindən danışarkən, mənhəmişə məmnuniyyətlə Portonovi lüks kompleksinə yatırımı qeydedirəm. Bu, Monteneqroda ən əhəmiyyətli və tanınmış Azərbaycaninvestisiyalarından biridir və ölkələrimiz arasında uğurluəməkdaşlığın rəmzinə çevrilib. Bu investisiya turizmin inkişafınamühüm töhfə verib, Monteneqronun beynəlxalq tanınmasını artırıb vəonun prestijli turizm istiqaməti kimi mövqeyini gücləndirib. Biz bucür nümunələri gələcək layihələr və azərbaycanlı investorlarla yenitərəfdaşlıqlar vasitəsilə dəstəkləmək istədiyimiz model kimidəyərləndiririk”, - deyə baş nazirin müavini bildirib.
O vurğulayıb ki, turizm və energetika ilə yanaşı, Monteneqroinfrastruktur layihələrində, tibbi və konqres turizmində, həmçininmilli parklarda və ölkənin şimal regionlarında dayanıqlı inkişaflayihələrində də Azərbaycan investisiyalarını görmək istərdi.
“Bar–Bolyaare avtomagistralı kimi əsas infrastrukturobyektlərinin inşası əlavə investisiya imkanları açır və daha azinkişaf etmiş regionların əlçatanlığını artırır”, – deyəİbahrimoviç qeyd edib.
O əlavə edib ki, Monteneqronun NATO-ya üzvlüyü və Avropaİttifaqına gözlənilən üzvlüyü investorların etimadını daha damöhkəmləndirir və ölkənin investisiyalar üçün sabit, təhlükəsiz vəproqnozlaşdırıla bilən mühit olduğunu təsdiqləyir.
“Monteneqro hökuməti bütün ciddi və məsuliyyətli investisiyalarıprinsipial olaraq dəstəkləyir və artıq həyata keçirilmiş Azərbaycanlayihələri üzrə təcrübə göstərir ki, birgə təşəbbüslər ölkələrimizarasında ümumi iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədəinkişafına töhfə verə bilər”, – deyə hökumət sədrinin müavinivurğulayıb.
Azərbaycanın NATO ilə əlaqələrinin möhkəmləndirilməsindəMonteneqronun rolu
İbrahimoviç vurğulayıb ki, Azərbaycan NATO-nun mühümtərəfdaşıdır və Alyans siyasi dialoq, təhlükəsizlik sektorununislahatı və silahlı qüvvələrin uyğunluğunun artırılmasıistiqamətində səylər vasitəsilə sabit və uzunmüddətli münasibətləridavam etdirir.
“Bu tərəfdaşlıq müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlikislahatları və korrupsiyaya qarşı mübarizə üzrə prioritetlərimüəyyənlləşdirən Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP)vasitəsilə əlavə olaraq möhkəmləndirilib. 2025-ci ilin noyabrındaMonteneqro da daxil olmaqla NATO-nun daimi nümayəndələrindən ibarətnümayəndə heyətinin ilk dəfə Azərbaycana səfər etməsini məmnunluqlaqarşıladıq. Bu səfər siyasi dialoqu dərinləşdirmək və NATO-nun Bakıilə tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləmək, eyni zamandaAzərbaycanın Qafqaz regionunda sabitliyin əsas amillərindən birikimi rolunu tanımaq üçün əla fürsət oldu”, – deyə baş nazirinmüavini bildirib.
O, həmçinin Monteneqronun Azərbaycanın NATO ilə terrorizmə qarşımübarizə üzrə Təlim Mərkəzinin yaradılması sahəsində əməkdaşlığını,eləcə də Avroatlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi(EADRCC) vasitəsilə NATO-nun mülki hazırlıq və fövqəladə hallarınidarə olunması proqramlarında iştirakını alqışladığını qeydedib.
“Düşünürəm ki, Monteneqro bu sahələrdə müdafiə və mülkiimkanların gücləndirilməsi istiqamətində həm NATO çərçivəsində, həmdə ikitərəfli təşəbbüslər vasitəsilə Azərbaycanla fəal əməkdaşlıqedə bilər”, – deyə İbrahimoviç yekunlaşdırıb.