Yazını böyüt
Yazını kiçilt
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Tehranda İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Hafta.az yazır ki, görüşdə səfir Dəmirçilu XİN başçısının Bakıya son səfərindən sonra ikitərəfli münasibətlərin mövcud vəziyyəti barədə ətraflı hesabat təqdim edib.
Nazir Əraqçi Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə konstruktiv görüşlərinə toxunaraq, rəsmi Bakı ilə hərtərəfli əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı, eləcə də iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsi yolu ilə mehriban qonşuluq yanaşmasının effektiv şəkildə irəlilədiyini vurğulayıb.