AZ

Rumıniya nəşri: "Cənub Qaz Dəhlizi Aİ-nin strateji asılılığını azaldıb"

Məqalədə Ukrayna müharibəsindən əvvəl Avropa İttifaqının təbii qaz idxalının təxminən 45 faizini, neftin isə 25 faizini Rusiyadan əldə etdiyi qeyd olunub. Sonrakı dövrdə isə Brüssel enerji təhlükəsizliyi strategiyasını köklü şəkildə yenidən quraraq təchizatçıların və nəqliyyat marşrutlarının diversifikasiyasına üstünlük verib.

Analitik təhlilə əsasən, hazırda Avropa enerji bazarında Norveç, ABŞ, Əlcəzair, Azərbaycan və Qazaxıstan əsas təchizatçılar sırasında yer alır. Xüsusilə mayeləşdirilmiş təbii qazın idxalında ABŞ-ın rolu əhəmiyyətli dərəcədə artıb. Bunun fonunda Rusiyanın Avropa enerji bazarındakı payı kəskin azalıb.

Materialda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ayrıca vurğulanır. Bildirilir ki, Cənub Qaz Dəhlizi Avropa üçün alternativ və etibarlı enerji mənbəyi yaradaraq Aİ-nin strateji asılılığını azaldıb. Azərbaycan qazının Avropa bazarına çıxarılması, xüsusilə Cənub və Cənub-Şərqi Avropa ölkələri üçün sabitləşdirici faktor kimi qiymətləndirilir.

“Financial Intelligence” nəşri yazır ki, enerji mənbələrinin diversifikasiyası Aİ-yə yalnız tədarük risklərini minimuma endirmək imkanı vermir, eyni zamanda enerji qiymətlərində sabitlik, iqtisadi davamlılıq və siyasi manevr imkanlarını da gücləndirir. Nəticə olaraq qeyd edilir ki, Avropa İttifaqının seçdiyi enerji strategiyası uzunmüddətli perspektivdə daha müstəqil, çevik və böhranlara davamlı Avropa modeli formalaşdırır və bu modeldə Azərbaycan kimi etibarlı tərəfdaşların rolu getdikcə daha da artır.

AzVision.az
Seçilən
63
50
azvision.az

10Mənbələr