Türkiyə ilə Azərbaycan arasında təbii qaz üzrə 33 milyard kubmetrlik yeni müqavilə imzalanıb.
Bunu "Kanal 7" telekanalına müsahibəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar deyib.
O bildirib ki, anlaşma çərçivəsində Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində qaz tədarük ediləcək.
Nazirin sözlərinə görə, müqavilə 2029-cu ildə başlayacaq və 2040-cı illərə qədər davam edəcək.
"Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə ölkəmizə gətirəcəyik", - Bayraktar vurğulayıb.
O əlavə edib ki, uzunmüddətli müqavilələr və diversifikasiya strategiyası sayəsində Türkiyə enerji təchizatının təhlükəsizliyini təmin edir və yanacağı rəqabətqabiliyyətli qiymətlərlə tənzimləməyə davam edəcək.
SAMİRƏ