Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırıb.
"Yeni Sabah" xəbər verir ki, yeni işıqforlar Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oqtay Vəliyev küçəsinin kəsişməsində və Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində istifadəyə verilib.
Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.
Telegram kanalımız