AZ

Bakının bu ərazilərində də yeni işıqforlar quraşdırıldı - FOTO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt Bakının bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, yeni işıqforlar Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində və Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində istifadəyə verilib.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.


Bizim.Media

Seçilən
44
36
bizim.media

10Mənbələr