AZ

  Paytaxtda yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb

Paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yeni işıqforlar bu yollarda istifadəyə verilib:

1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;

2. Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;

3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Seçilən
63
41
manset.az

10Mənbələr