AZ

Naxçıvanda bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

Naxçıvan, 5 yanvar, AZƏRTAC

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 3-ü alkoqol mənşəli, 6-sı isə dəm qazından olub.

Seçilən
58
29
azertag.az

10Mənbələr