AZ

Paytaxtın üç mühüm kəsişməsində yeni svetoforlar istifadəyə verildi – SİYAHI

Paytaxtın
Bakının bir sıra ərazilərində, o cümlədən Zığ şosesində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı ünvanlarda svetoforlar quraşdırılaraq istifadəyə verilib:

  • Xətai rayonu: Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsi;

  • Xətai rayonu: “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsi;

  • Nərimanov rayonu: Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsi.

  • Görülən işlər nəticəsində həmin ərazilərdə həm sürücülərin, həm də piyadaların rahat və təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılıb.

Seçilən
8
22
1news.az

10Mənbələr